Efes Qədim Şəhərinin Koressos Qapısında araşdırmalar davam edir
Antik dövrün ən böyük turizm, ticarət və liman şəhərlərindən biri olan Efesdə qazıntı və bərpa işləri 161 ildir davam edir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Sonsuz Efes, Gələcəyə Miras” layihəsi çərçivəsində aparılan qazıntı işləri bu il boyu fasiləsiz aparılır.
Qazıntı işlərinə rəhbərlik edən Avstriya Elmlər Akademiyası Arxeologiya İnstitutunun alimi Martin Steskal deyir ki, Efesdə işləmək fürsəti ilk dəfə 1999-cu ildə, arxeologiya fakültəsinin tələbəsi olduğu vaxtlarda olub.
Steskal oktyabrın sonuna qədər sahədə qazıntıların aparılacağını, daha sonra tapılan əşyaların araşdırılmasının davam etdiriləcəyini bildirib.
Bu yay Efesdə Koressos Qapısı, Serapis Məbədi və Domitian Meydanında qazıntılar apardıqlarını qeyd edən Martin Steskal Yamaç Evlərdə də divar rəsmlərinin bərpa işlərinə davam etdiklərini bildirib.
Daha əvvəl heç kimin işləmədiyi Koressos Qapısı üzərində işə başladıqlarını bildirən alim bildirib ki, bura çox əhəmiyyətli bir qazıntı sahəsidir. Efesdə üç mühüm qapı var idi. Koressos Qapısı üçüncü ən böyük qapıdır. Biz iki həftə əvvəl burada işə başladıq və araşdırmalarımız bütün yay boyunca davam edəcək.
Celsus Kitabxanasının konservasiya və bərpa işlərinə oktyabr ayında başlanacağını bildirən Steskal qeyd edib ki, məqsəd Efesin mərkəzi nöqtələrindəki monumental tikililəri üzə çıxarmaq və onları ziyarətçilərə açmaqdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...