Ebeko vulkanı 3,5 kilometr yüksəkliyə kül püskürüb
Vulkanoloqlar Böyük Kuril silsiləsinin (Saxalin vilayəti, Rusiya) Paramuşir adasındakı Ebeko vulkanında 3,5 kilometr hündürlüyündə kül dumanı qeydə alıblar.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin Vilayəti Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, kül şleyfi şimal-şərq istiqamətində 5 kilometrdən çox məsafəyə yayılıb.
Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. Ona aviasiya üçün narıncı rəng təhlükə kodu müəyyən edilib. Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə aktivlik nümayiş etdirir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...