Duz Gölündə böyüyən bitki kosmosda sınaqdan keçiriləcək
Türkiyənin ilk kosmos səyyahı Alper Gezeravcının kosmosda həyata keçirəcəyi "Ekstremofit" adlı təcrübədə Duz Gölündə endemik böyüyən Schrenkiella Parvula bitkisinin kosmos mühitindəki duz və digər stres faktorlarına reaksiyaları müəyyən ediləcək.
Yaşar Universitetindən verilən məlumata görə, Universitetin Kənd Təsərrüfatı Elmləri və Texnologiyaları Fakültəsinin Professoru İsmayıl Türkan, Ege Universiteti Biologiya Bölümü müəllimləri Rengin Özgür Uzilday və Barış Uzildaydan ibarət komandanın hazırladığı təcrübə ilə yüksək duzlu mühitlərə davamlı olan bitkinin çox zəif cazibə şəraitində yüksək duzluluğa dözümlülüyünü qoruyub saxlaya bilməyəcəyi araşdırılacaq.
Beynəlxalq Kosmik Stansiyada həyata keçirildikdən sonra Türkiyədə davam etdiriləcək təcrübənin məqsədinin bitkinin yüksək duzluluğa dözümlülüyü ilə mikroqravitasiya arasındakı qarşılıqlı əlaqəni ortaya çıxarmaq olduğu bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...