Düzcə zəlzələsinin ildönümü ilə əlaqədar regional təlim keçirilib
12 noyabr 1999-cu ildə Türkiyənin Düzcə bölgəsində baş verən 7,2 bal gücündə zəlzələnin 25-ci ildönümündə könüllü axtarış-xilasetmə qruplarının tutumunun ölçülməsi üçün AFAD təlim keçirib. Ssenariyə görə, Boluda meydana gələn 7,2 bal gücündə zəlzələdən təsirlənən Düzcədə qruplar şəhər çevrilmə işləri çərçivəsində nəzarətli şəkildə sökülən binalarda canlı axtarış-xilasetmə və dağıntıların çıxarılması işləri həyata keçirib. Bolu ilə yanaşı Düzcə, Sakarya, Çankırı, Karabük, Ankara və Zonguldak da bu “zəlzələ”dən zərər çəkib.
Zəlzələ həyəcanının verilməsi ilə Ədirnə, Kırklareli, İstanbul, Çanaqqala, Kocaeli, Balıkəsir və Uşakda hazır vəziyyətdə olan axtarış-xilasetmə qrupları Düzcəyə dəstək olmaq üçün yola düşür. Eyni zamanda 10 fərqli nöqtədə şəhər çevrilmə layihələri çərçivəsində sökülməsi lazım olan binalar nəzarətli şəkildə sökülərək zəlzələ təlimlərində istifadə edilib. Dağıntılar altında canlı axtarış-xilasetmə işləri aparılıb. Eyni zamanda dağıntıların təmizlənməsi işləri də aparılıb. Manevr haqqında məlumat verən Düzcə valisi Səlcuq Aslan açıqlamasında "12 noyabr 1999-cu il Düzcə zəlzələsinin ildönümündəyik.Bu zəlzələdə 845 canımızı itirdik. Bu il necə mənalı bir proqram edə biləcəyimizi düşündük. Təlim ssenarisi çərçivəsində QHT-lər də daxil olmaqla 356 axtarış-xilasetmə personalı və 140 texnika ayrılıb"-deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...