22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyaya yeni "Mini Ay" gəlir

19-09-2024
IMG

Yer bu ayın sonunda yeni təbii peyk əldə edir. Amma bu “mini ay” bizdə cəmi iki ay qalacaq. Bu, onun ilk ziyarəti deyil və alimlərin fikrincə sonuncu da olmayacaq.

Bu müvəqqəti “mini ay” diametri təxminən 10 metr olan kiçik asteroid  2024 PT5-dir. Keçən ay kəşf edilən bu meteoritin orbiti hesablanıb və onun sentyabrın 29-da Yerin yeni peykinə çevriləcəyi müəyyən edilib.

Təxminən 56,6 gün ərzində Yer ətrafında dövr edəcək 2024 PT5 cazibə qüvvəsindən xilas olacaq və noyabrın 25-də Günəş ətrafındakı orbitinə qayıdacaq.O, 2025-ci il yanvarın 9-da son dəfə yenidən Yerə yaxınlaşacaq, lakin bu dəfə 1,8 milyon kilometr məsafədən keçəcək.Bu səfərdən sonra 2024 PT5 8 noyabr 2055-ci ildə yenidən qayıdacaq, lakin bu dəfə Yerə  5,2 milyon kilometr uzaqlıqdan keçəcək.

Qeyd edək ki, mini ay avqustun 7-də Asteroid Yerə Zərbənin Son Həyəcan Sistemi (ATLAS) tərəfindən kəşf edilib. Bu, 2024 PT5-in ilk səfəri deyil. Astronomlar bu asteroidin orbitini 60 il əvvəl tədqiq etmiş və böyük ölçüdə 30 il sonra onun hərəkətlərini təyin etmişlər.

O, əvvəllər 2003-cü ilin fevralında, 1982-ci ilin aprelində və 1960-cı ilin martında Yerə yaxın keçidlər etmişdi, lakin hər dəfə ən azı 8,2 milyon kilometr məsafədə olub.

Qeyd edək ki, Yer əvvəllər də müvəqqəti mini peyklərə ev sahibliyi edib. Məsələn, 2020-ci ildə başqa bir kiçik meteoritin təxminən üç il Yer ətrafında dövr etdiyi müşahidə edilib.

Keçən ay kəşf edilən bu meteoritin orbiti hesablanıb və onun sentyabrın 29-da Yerin yeni peykinə çevriləcəyi müəyyən edilib.

Paylaş: