Dünyanın kosmik gücləri Milanda Ayda rəqabət məsələlərini müzakirə edirlər
Dünyanın kosmik agentlikləri bu həftə Milanda görüşürlər. Toplantının əsas məqsədi geosiyasi rəqabət fonunda Yerin orbitində və Ayda yeni qlobal yarışa təkan vermək, özəl sektorun ciddi iştirakı ilə İlon Maskın dominant “SpaceX” şirkəti ilə ayaqlaşmaq səyləridir.
Beynəlxalq Astronavtika Konqresi (IAC) 1950-ci ildən bəri kosmosu fəth edən ölkələrin alimləri, mühəndisləri, şirkətləri və siyasi liderləri bir araya gətirir, hətta dünya gücləri arasında gərginliyin artdığı vaxtlarda belə bu koalisiya əməkdaşlığı müzakirə etmək üçün mühüm bir məkana çevrilib.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, builki konfrans iki əsas rəqibin - ABŞ və Çinin kosmik planları kontekstində keçirilir. Lakin Moskvanın 2022-ci ildə Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra Qərbdən təcrid olunmuş qüdrətli bir güc olan Rusiyanın “Roskosmos” kosmik agentliyi bu müzakirələrdə iştirak etmir.
Bununla belə, Beynəlxalq Astronavtika Federasiyasının (IAF) üzvü olan 77 ölkənin demək olar ki, hamısı, habelə IAC-a daxil olan qeyri-kommersiya təşkilatı - NASA-nın “Artemida” proqramına qoşulan ölkələrin koalisiyası Ayın tədqiqinə diqqəti daha da artırıb. Eyni zamanda, Avropanın kosmosa daha suveren çıxışı da gündəmdədir.
IAF-in prezidenti Kley Mauri bildirib ki, bu konqresə rekord sayda - 7197 texniki tezis təqdim olunub və məruzələrin 37 faizi tələbələr və gənc mütəxəssislər tərəfindən təqdim ediləcək. O, indiki dövrü 1960-cı illərdə “Apollon”un Aya uçuşundan bəri kosmosda ən həyəcanlı epoxa adlandırıb.
NASA-nın inzibatçısı Bill Nelsonun 2030-cu ildə fəaliyyətini dayandıracaq köhnə Beynəlxalq Kosmik Stansiyanı əvəz etmək üçün özəl şirkətlərə müraciət etməsi, eyni zamanda, bu strategiyaya IAC-ın dəstəyini artırıb. İyirmi ildən çox yaşı olan orbitdəki elmi laboratoriya Yerdəki münaqişələrə baxmayaraq, ilk növbədə, ABŞ və Rusiyanın rəhbərlik etdiyi kosmik diplomatiyanın simvolu olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...