22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyanın ilk taxta peyki istehsal edildi

19-02-2024

Dünyanın ilk taxta peyki olan "LignoSat"ın bu yay kosmosa buraxılması planlaşdırılır. İnşaatında maqnoliya ağacından da istifadə edilən peyk kosmosda çirklənmə ilə mübarizə aparmaq üçün istehsal edilib. Kyoto Universitetinin tədqiqatçıları ağac emalı şirkəti Sumitomo Forestry və Yaponiya Kosmik Agentliyi ilə birlikdə peyklərin hazırlandığı metallara ekoloji cəhətdən təmiz bir alternativ olaraq odunu sınaqdan keçiriblər.

“LignoSat” adlanan və ağacdan hazırlanan kiçik kosmik gəminin bu yay ABŞ-nın raketi ilə kosmosa buraxılması planlaşdırılır. Yer atmosferinə daxil olan metal peyklərin yanması nəticəsində yaranan və uzun illər atmosferin yuxarı qatlarında qalan alüminium oksidi hissəciklərinin yaratdığı çirklənmə alimləri və kosmonavtları narahat edir.

Buna görə  yapon tədqiqatçıları təbii, qənaətcil, karbon əsaslı material kimi istehsalında davamlı və utilizasiyası  xüsusilə orbitdən atmosferin yuxarı hissəsinə buraxıldıqda tam və zərərli əlavə məhsullar olmayan ağac üzərində işləməyə diqqət yetiriblər.

Kioto Universitetinin təşəbbüsü ilə ağac növlərinin Yer orbitində kosmos buraxılışları və uzun uçuşlar zamanı sərtliklərə nə dərəcədə tab gətirə biləcəyini müəyyən etmək üçün onların qiymətləndirilməsi layihəsinə start verilib. “Euronews Türk” telekanalının məlumatına görə, ilk sınaqlar kosmosdakı şəraitin yenidən yaradıldığı laboratoriyalarda aparılıb. Təcrübələrdə ağacdan hazırlanan nümunələrin kütləsində ölçülə bilən dəyişiklik olmadığı, çürümə və ya zədələnmə əlamətlərinin olmadığı müəyyən edilib.

Laboratoriyada uğurla nəticələnən nümunələr növbəti sınaqlar üçün Beynəlxalq Kosmik Stansiyaya göndərilmək üçün hazırlanıb. “LignoSat”  təcrübəsi orbitdə uğurlu olarsa, peyk istehsalında ağacın daha ekoloji cəhətdən təmiz tikinti materialı kimi istifadəsinə yol aça bilər.

Paylaş: