Dünyanın ilk süni enerji adası 3 milyon evi elektrik enerjisi ilə təmin edəcək
Belçika və Almaniyada fəaliyyət göstərən yüksək gərginlikli şəbəkə operatoru “Elia Transmission Belgium” (ETB) enerji adasının yaradılması üçün Avropa İnvestisiya Bankından 650 milyon avro vəsait alıb. ETB-dən verilən açıqlamada tikintisinə başlanan “Şahzadə Elizabet” adasının 2027-ci ildə tamamlanacağı bildirilib. Ada Belçikaya 3,5 gigavat külək enerjisi təmin etməklə 3 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyi hədəfləyir.
“Şahzadə Elizabet” külək stansiyaları kimi enerji istehsal etmək əvəzinə, əsas enerji mərkəzi rolunu oynayacaq. "Adada quraşdırılmış yüksək gərginlikli infrastruktur Princess Elisabeth District külək stansiyalarının çıxış kabellərini birləşdirəcək.
Şirkət həm yüksək gərginlikli sabit cərəyanı, həm də alternativ cərəyanı ehtiva edəcək adanın daha səmərəli olacağını bildirir.
Belçikanın Ostend sahillərindən təxminən 45 kilometr aralıda tikiləcək adanın təməli hazırda Hollandiyada atılır. Layihənin əsas məqsədi Belçikanın qalıq yanacaqlardan asılılığını azaltmaq olsa da, eyni zamanda bütün Avropada yaşıl enerjiyə keçidi sürətləndirməyi hədəfləyir. Avropa İnvestisiya Bankının təklif etdiyi dəstəyin əsas səbəblərindən biri də budur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...