Dünyanın ən məşhur qatar xidmətlərindən biri - Şərq Ekspresi
Türkiyənin mərkəzindən şərqinə unudulmaz səyahət təklif edən dünyanın ən yaxşı dəmir yolu marşrutlarından biri olan Şərq Ekspresi sərnişinlərini qarşılamağa hazırdır. Türkiyəni ziyarət edən və macəra axtaranların marşrutu olacaq Şərq Ekspresi diqqət çəkir.
Fhnews.az dünyanın ən məşhur qatar xidmətlərindən biri haqqında maraqlı məqamları təqdim edir.
Təxminən 1310 km uzunluğunda olan qatar səfəri Türkiyənin paytaxtı Ankaradan başlayır. Qatar Kırıkkale, Kayseri, Sivas, Erzincan və Erzuruma qədər gedir və Karsda səfərini yekunlaşdırır. Təxminən 26 saat davam edən səyahət sərnişinlərə qardaş ölkənin coğrafiyasını müşahidə etməyə imkan verir. Qeyd edək ki, Ankara-Kars marşrutu üzrə iki ayrı qatar fəaliyyət göstərir. Bunlar Şərq Ekspresi və Turistik Şərq Ekspressidir. Şərq Ekspresi təxminən 50, Turistik Şərq Ekspresi isə 29 dayanacaqdan ibarətdir. Birincidə fasilə vaxtları məhdud olsa da, ikincidə sərnişinlərin marşrut boyunca bölgəni daha çox gəzə bilmək üçün iki-üç saatlıq fasilə imkanı var.
Turistik Şərq Ekspresi son dərəcə rahat səkkiz çarpayı vaqonu və bir yemək vaqonuna malikdir. Burada səhər və şam yeməyi təklif edilsə də, sərnişinlərin özləri ilə gətirdikləri və ya sifariş etdikləri təamlarla öz zövqlərinə uyğun süfrə hazırlamalarına icazə verilir.
Turistik Şərq Ekspressinin artan populyarlığı onu səyahətçilər üçün ən unikal qış əyləncəsinə çevirir. Səyahətin son dayanacağı olan Kars gözəlliyi ilə insanı valeh edir. Anadolunun ən qədim yaşayış məskənlərindən olan Kars mərkəzində yerləşən otellər çox əlverişlidir. Özünəxas ləzzətləri ilə tanınan Karsın zəngin mətbəxi, xüsusən də regional pendirləri və mövsümi yeməkləri şəhərin ziyarətçilərə təqdim etdiyi saysız-hesabsız ləzzətlərindəndir.
Şəhərin mərkəzində gəzinti zamanı bir neçə möhtəşəm bazalt daş binalarını görmək mümkündür. Bu diqqətəlayiq yerlərə Fethiye məscidi, Kümbet məscidi, Kars qalası və Kars çayını əhatə edən tikililər daxildir. UNESCO-nun Dünya İrsi Ani Arxeoloji Saytı, şübhəsiz ki, ərazinin ən qeyri-adi dayanacaqlarından biridir. Qədim şəhəri əhatə edən divarlardan tutmuş günümüzə qədər salamat qalmış müxtəlif kafedrallar, məscidlər, karvansaraylar və körpülər kolleksiyasına qədər Ani Axreoloji Saytında yer alan tikililər şəhərin dini, inzibati, hərbi və mülki memarlıq nümunələrini keçmişdən bu günə daşıyan heyrətamiz mənzərə təqdim edir.
Məşhur xizək yeri kimi də tanınan Karsda dünyanın üçüncü ən hündür xizək yolu və yalnız Alp dağlarında görülən toz kristal qarı olan Sarıqamış Xizək Mərkəzi yerləşir. Başqa bir unudulmaz Kars təcrübəsi, noyabr ayının sonlarında metr qalınlığında buzla donan Çıldır gölündə atlı kirşələr sürərək çoxəsrlik ənənəni qeyd etmək mümkündür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...