22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyanın ən məşhur qəhvəsinin  600 min illik tarixi

22-04-2024

Dünyanın ən çox istehsal edilən qəhvə növü olan  “Arabica”nın Efiopiyada 600 min il əvvəl yarandığı məlum olub.Dünyanın hər yerindən qəhvə bitkilərinin genomlarını araşdıran tədqiqatçılar “Coffea arabica” kimi tanınan bitkinin ailə ağacını yaradıblar. Buffalo Universitetindən Viktor Albert deyib ki, bu gün yaşayan bitkilərin genetik məlumatlarından istifadə edərək “Arabica”'nın uzun tarixinin mümkün olan ən dəqiq mənzərəsini çəkmək və bu gün yetişdirilən sortların bir-biri ilə necə əlaqəli olduğunu müəyyən etmək üçün keçmişə qayıtdıq.

“Arabica”nın 39 növünü tədqiq edən tədqiqatçılar 1700-cü illərdən bir nümunə də əldə etmişlər. İsveç təbiətşünası Karl Linney növə elmi adını vermək üçün bu bitkidən istifadə etmişdir.

“Nature Genetics” jurnalında bazar ertəsi dərc edilən araşdırmada, “Coffea Arabica” nın Coffea canephora və Coffea eugenioides adlı iki növün təbii hibridləşməsi nəticəsində ortaya çıxdığı müəyyən edilib. Bu səbəbdən tədqiqatçılar bitkinin 1 milyon ilə 610 min il əvvəlinə işarə edərək, bu dövrdən əvvəl meydana gəldiyini söyləyirlər.

Xatırladaq ki, dünyanın ən məşhur qəhvəsi olan “Arabica” hazırda qlobal qəhvə bazarının təxminən 60 faizini təşkil edir.

Paylaş: