Dünyanın ən çox plastik çirklənməsinə səbəb olan 10 ölkə
Plastikləri təkrar emal üçün çeşidləmək yorucu ola bilər, lakin elm adamları xəbərdarlıq edir ki, tullantıların yığılmaması bütün dünyada milyonlarla insan üçün ölümcül ola bilər. Süni intellekt modelləşdirməsindən istifadə edərək, Lids Universitetinin alimləri ən çox plastik çirklənməyə səbəb olan 10 ölkəni açıqlayıblar.
Onlar müəyyən ediblər ki, 2020-ci ildə 52 milyon ton plastik tullantı yığılmadan ətraf mühitə qarışıb və bu vəziyyət sağlamlıq üçün ciddi risklər yaradır. Tədqiqat 127 ölkədə 500 şəhərdən alınan məlumatlar əsasında plastik tullantıların illik istehsal həcmini və birbaşa təsirlərini qiymətləndirib. Hər il 400 milyon tondan çox plastik istehsal edildiyi təxmin edilir ki, bunun da 52 milyon tonu ya yandırılır, ya da açıq ərazilərə atılır. Ən çox plastik çirklənməyə səbəb olan ölkələrin siyahısında ilk yeri Hindistan tutur.Sonrakı sıralama isə belədir: Nigeriya,İndoneziya,Çin,Pakistan,Banqladeş,Rusiya,Braziliya,Tayland. Sonuncu sırada isə Konqo yer alıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...