22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyanın ən çirkli 8-ci şəhəri Banqkok

15-02-2024

Taylandın paytaxtı Banqkok və ətraf şəhərlərdə havanın çirklənməsi təhlükəli həddə çatıb. Yüksək çirklənməyə görə Banqkok dünyanın ən çirkli 8-ci şəhəri olub. Banqkokda havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi səviyyədən 15 dəfə yüksəkdir. 

Tailandın baş naziri Srettha Thavisin jurnalistlərə deyib ki, havanın çirklənməsinin artmasının əsas səbəbi nəqliyyatdan qaynaqlanır. Banqkok qubernatoru Çadçart Sittipunt isə bələdiyyə qurumlarının işçilərinə evdən işləməyi tapşırıb və nəqliyyatın yaratdığı çirklənməni azaltmaq üçün digər qurumları da bu göstərişə uymağa çağırıb.

Paylaş: