Dünyanın ən böyük kruiz gəmisi səyahətə başladı
Dünyanın ən böyük kruiz gəmisi olan "Dənizlərin İkonu" 1 həftəlik səyahət üçün şənbə günü Mayami limanında lövbər salıb. “Titanik”dən beş dəfə böyük olan 365 metr uzunluğunda, 20 mərtəbəli kruiz gəmisi 7600 sərnişin və 2350 ekipajı qəbul etmək gücünə malikdir.
2 milyard dollara başa gələn gəminin 20 göyərtəsi və 2805 kabinəsi var. 55 metrlik süni şəlaləsi, 40 yemək sahəsi və 7 hovuzu olan gəmi Eyfel qülləsindən hündürdür. Gəmidə 6 su sürüşməsi var.
Sərnişinlərin əyləncəli vaxt keçirmələri üçün səfərdə 16 nəfərlik orkestr, eləcə də müxtəlif musiqi üslublarına malik 50 musiqiçi və çoxsayda gülüş ustası iştirak edəcək. Gəmi Karib dənizi turundan sonra Mayami limanına qayıdacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...