22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyanın ən böyük aysberqi "A23a" Antarktida yaxınlığında burulğanda qalıb

05-08-2024
IMG

Dünyanın ən böyük aysberqi kimi tanınan və 30 ildən artıq müddətdə aktivləşən "A23a" aylardır Antarktida yaxınlığındakı burulğanda fırlanır.
BBC xəbərlərinə görə, 1986-cı ildə Antarktika sahil zolağından qoparaq Ueddell dənizində quruya çırpılaraq buz adasına çevrilən "A23a" adlı aysberq 30 ildən sonra ilk dəfə aktivləşib. 

Mütəxəssislər adətən okeanın güclü axınının aparması lazım olan aysberqin aylardır Antarktidanın şimalındakı bir nöqtədə saat əqrəbinin əksinə fırlandığını bildirirlər. Alimlərin fikrincə, A23a uzun zaman  bu burulğandan çıxa bilməyəcək.Aysberq fırlandıqca onun əriməsi ləngiyə bilər. Dünyanın ən böyük aysberqi kimi tanınan A23a təxminən 4 min kvadrat kilometr səth sahəsinə və təxminən 400 metr qalınlığa malikdir.

Paylaş: