22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyanın ən böyük adasından gələn seysmik siqnalın sirri açılıb

14-09-2024
IMG

Alimlər müəyyən ediblər ki, ötən ilin sentyabrında bütün dünyada sensorlar tərəfindən qeydə alınan seysmik siqnalın Qrenlandiyada baş verən sunami səbəb olub. BBC-nin məlumatına görə, alimlər Danimarka Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıqda 2023-cü ildə 9 gün davam edən sirli seysmik siqnalı araşdırıblar.

Alimlər seysmik məlumatlardan istifadə edərək siqnalın mənbəyinin Qrenlandiyanın şərqindəki Dikson Fjord olduğunu müəyyən ediblər. Bundan sonra, sunamidən əvvəl çəkilmiş fyordun peyk şəkilləri və fotoşəkilləri də daxil olmaqla bir çox məlumat müqayisə edilib. Nəticədə alimlər Dikson Fjordunda 1200 metr yüksəklikdəki dağın zirvəsində yamacdan əriyən buzlaqın çökməsi nəticəsində baş verən nəhəng sürüşmənin “Yer kürəsini silkələyən” sunamiyə səbəb olduğu qənaətinə gəliblər. 

Araşdırma nəticəsində belə qənaətə gəlinib ki, sürüşmə nəticəsində 200 metr hündürlüyündə nəhəng dalğa baş verib və bu meqa sunaminin dar fyorda ilişib irəli-geri gedəndə “sirli” seysmik siqnal yaranıb.

Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən Qrenlandiya dağlarını dəstəkləyən buzlaqların əriməsi oxşar sürüşmələrin daha tez-tez baş verməsinə səbəb olub.

Paylaş: