22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyadakı metan emissiyalarının təqribən 2/3-i insan fəaliyyəti nəticəsində yaranır

10-09-2024
IMG

Qlobal Karbon Layihəsi çərçivəsində və 66 araşdırma mərkəzinin töhfələri ilə hazırlanan araşdırmada dünya üzrə karbon emissiyalarının səbəb və təsirləri araşdırılıb.Araşdırma nəticəsində məlum olub ki, bir çox ölkələrin istixana qazı emissiyalarını azaltmaq üçün gördüyü tədbirlərə baxmayaraq, metan emissiyaları sürətlə artmağa davam edir.Heyvandarlıq, kömür hasilatı, təbii qazın çıxarılması və emalı, düyü becərilməsi və üzvi tullantıların poliqonlara atılması kimi fəaliyyətlər nəticəsində metanın 65 faizi atmosferə ötürülür. 

Araşdırmada vurğulanıb ki, metan emissiyaları 2000-ci illərin əvvəlindən ortalarına qədər qalıq yanacaq istifadəsinin azalması və atmosferin metanı məhv etmək qabiliyyətinin kimyəvi dəyişməsi səbəbindən azalma tendensiyası göstərib. Araşdırmada son iyirmi ildə dünya miqyasında insan fəaliyyəti nəticəsində yaranan metan emissiyalarının 15-20 faiz artdığı bildirilmiş və metan qazı emissiyalarının hər il 50-60 milyon ton artdığı diqqətə çatdırılmışdır. Tədqiqat nəticəsində məlum olub ki, 2020-ci illərin əvvəlindən metan emissiyaları çox daha sürətli yayılmağa başlamış və sözügedən artım əvvəllər müşahidə ediləndən qat-qat yüksək olmuşdur.

Təkcə 2020-ci ildə insan fəaliyyəti nəticəsində atmosferə 370-384 milyon ton metan qazının buraxılması araşdırma mövzusu olub.Digər tərəfdən, araşdırmada mədən yanacaqları səbəbiylə atmosferə buraxılan metan emissiyalarının heyvandarlıq nəticəsində yaranan metan qazı ilə müqayisə edilə biləcək səviyyəyə çatdığı, kənd təsərrüfatı fəaliyyətləri və zibilliklər nəticəsində buraxılan metan qazının təxminən iki dəfə artdığına diqqət çəkilib.

Paylaş: