22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyada məşhur olan bu xəstəxana 120 ölkədən xəstələr qəbul edir

24-01-2024

Biruni Universiteti Xəstəxanası dünya elm tarixinə “universal dahi” olaraq adını yazdıran türk alimi Əbu Reyhan Əl-Biruninin adı ilə bağlıdır. Dünyada məşhur olan bu xəstəxana Yaxın Şərq, Avropa və Balkan ölkələrindən, təxminən 120 ölkədən xəstələr qəbul edir.

Fhnews.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri xəstəxananın Baş direktoru Serap Kilerci söyləyib.

S.Kilerci bildirib ki, Biruni Universiteti Xəstəxanası 2016-cı ildə xidmətə başlayıb. Ən əhəmiyyətli sağlamlıq mərkəzlərindən biri hesab olunur. Türkiyəyə gələn xarici ölkələrin vətəndaşları müəyyən xəstəliklərlə bağlı xəstəxanamıza qəbul edilir. Onlar, əsasən, onkologiya, ortopediya, neyrocərrahiyyə, göz, ürək-damar və damar cərrahiyyəsi kimi bir çox şöbələrdə ən müasir cihazlarla yeni nəsil müalicələr və mürəkkəb cərrahi əməliyyatlar üçün qəbul olunur. Süni intellektlə əldə olunan diaqnostik və görüntüləmə cihazları ilə xərçəng, ürək, onurğa və digər xəstəliklər yüksək keyfiyyətlə görüntülənə və hədəfə yönəlmiş müalicələrlə planlaşdırılır.

“Xəstəxanamızda təşkil edilən robot əməliyyatlar üçün digər ölkələrdən gələn xəstələr məhz Türkiyəyə üstünlük verir. Sümük iliyinin transplantasiyası, orqan transplantasiyası, onkoloji mərkəz kimi xüsusi müalicələrin aparıldığı mərkəzlər də burada tezliklə fəaliyyətə başlayacaq”, - deyə S.Kilerci əlavə edib.

Paylaş: