22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyaca məşhur “Mona Liza” tablosu daha bir etirazçının hədəfinə tuş gəlib

29-01-2024

Fransanın paytaxtı Parisdəki Luvr Muzeyi növbəti etiraz nümayişinə səhnə olub. Muzeydə sərgilənən və dünyanın ən məhşur sənət əsərlərindən biri sayılan Leonardo da Vinçinin 16-cı əsrdə çəkdiyi “Mona Liza” tablosuna şorba atılıb. Güllə keçirməz şüşə ilə qorunan tabloya heç bir ziyan dəyməyib.

Xatırladaq ki, Mona Liza tablosu 1950-ci illərin əvvəllərində bir ziyarətçi tərəfindən üzərinə turşu töküldükdən sonra zədələnmiş və bu hadisədən sonra tablonun qorunması üşün təhlükəsizlik tədbriləri görülmüşdü. 2019-cu ildə isə Luvr Muzeyi tablonun daha güvənli qorunması üçün onu şəffaf gülləkeçirməz şüşə ilə qorunmaya alıb.

Qeyd edək ki, 2022-ci ildə başqa bir fəal rəsmə tort ataraq insanları “Yer kürəsini düşünməyə” çağırmışdı. Bu dəfəki etirazçilar isə “sağlam və davamlı qida hüququ”tələb ediblər.

Paylaş: