Dünya Xoşbəxtlik Hesabatı
ABŞ-da yerləşən Gallup konsaltinq şirkəti, Oksford Universitetinin Sağlamlıq Araşdırma Mərkəzi və Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Həlləri Şəbəkəsinin dərc etdiyi Dünya Xoşbəxtlik Hesabatında gənclərin depressiv halları üzə çıxıb. İngiltərə, Avropa, ABŞ və Avstraliyada 15-24 yaşlı gənclər arasında aparılan sorguya əsasən hazırlanan Dünya Xoşbəxtlik Hesabatı gənclərin getdikcə daha çox pessimist olduğunu ortaya qoyub. Hesabatda qeyd olunub ki, gənclərlə yaşlılar arasında iqtisadi bərabərsizlik, təhsil, bacarıqların yetişdirilməsi və mənzil problemi də gənclərin həyatdan küsməsinə vəsilə olub. Həmçinin qeyd olunub ki, gənclərin özünəinamının azalmasında, rifah halının aşağı düşməsində sosial medianın böyük təsiri var.
Məlumata görə, gənclər böyükləri kimi tükənmək istəmir, universitetləri akademik təminat kimi görə bilmir, bakalavr təhsili olmayanların isə ağlına gələni edəcəklərini düşünürlər. Yəni bunlar hazırkı gənçlik üşün böyük çətinlik sayılır.
Hesabata görə gənclərin xoşbəxt olduğu ilk 10 ölkə Skandinaviya ölkələri Finlandiya, Danimarka, İslandiya, Norveç və İsveçdir. Nəsillərarası Fondun (IF) hazırladığı bu hesabatla əlaqədar olaraq, gənclər hər tərəfdən hökumət siyasətinin zəhərli kombinasiyası, mənzil əldə etmək böhranı, durğun maaşlar və yüksək yaşayış dəyəri ilə vurulur. London İqtisadiyyat Məktəbinin professoru və Dünya Xoşbəxtlik Hesabatının həmmüəllifi Riçard Layard fikirlərini belə izah edib : "Gələcəkləri bu qədər qaranlıq göründüyü üçün bu nəslin görünməmiş səviyyədə psixi sağlamlıq problemləri ilə üzləşməsi təəccüblü deyil".
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...