Dünya Köçəri Oyunları: Astanada genişmiqyaslı etnoaul qurulacaq
Sentyabrın 8-13-də Astanada keçiriləcək Dünya Köçəri Oyunlarının əsl mədəniyyət və ənənələr bayramına çevriləcəyi gözlənilir.
Fhnews.az xəbər verir ki, "Kazanat" yarış meydançası yaxınlığında baş tutacaq genişmiqyaslı tədbir çərçivəsində 10 hektar ərazidə “Köçərilər Dünyası” etnoaulu qurulacaq.
Burada hər kəs qazax xalqının zəngin dünyasına dala və köçərilərin özünəməxsus mədəniyyəti ilə tanış ola bilər.
Etnoaul bir neçə məkana bölünəcək: mərkəzi meydan, xalq musiqisi üçün çadır, açıq səma altında köçəri sivilizasiyalar muzeyi, idman tədbirləri, milli mətbəx, əsas səhnə, regionların etno-məskənləri.
Ərazidə əsl şərq bazarı təşkil olunacaq ki, burada çoxlu sayda suvenir tapmaq mümkün olacaq. Ölkənin iki yüzdən çox sənətkarı öz məhsullarını təqdim edəcək.
Etnoaulda hər gün möhtəşəm paradla başlayacaq. Bu, qazax xalqının zəngin mədəni irsini və ənənələrini nümayiş etdirərək günün parlaq başlanğıcı olacaq.
Qazax xalqının milli təamları təqdim olunacaq ki, burada turistlər və qonaqlar ənənəvi mətbəxdən həzz ala biləcək.
Etnoaulda uşaqların vaxtlarını şən və maarifləndirici keçirə bilmələri üçün oyun meydançası da nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Dünya Köçəri Oyunlarında 89 ölkədən təxminən 2800 idmançı iştirak edir. Yarışlar çərçivəsində 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə aparılacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...