22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünya Bankı kredit imkanlarını artırmaq üçün yeni addımlar atdığını açıqlayıb

16-10-2024
IMG

Dünya Bankı kredit imkanlarını artıracaq və kreditləri daha əlverişli edəcək maliyyə tədbirləri açıqlayıb.
Dünya Bankının verdiyi açıqlamada minimum kapital-kredit nisbətinin 19 faizdən 18 faizə endirildiyi və 30 milyard dollar daha çox əlavə maliyyə təmin ediləcəyi bildirilib.

Xidmət edilən  ölkələrə daha yaxşı tərəfdaş olmaq üçün borcların daha asan ödənilməsi üçün bəzi ödənişlərin silindiyi, kiçik ölkələrə verilən kreditlər üçün isə daha az ödəniş alınacağı bildirilib.

Açıqlamada vurğulanıb ki, bu addımlar bir araya gəldikdə Dünya Bankının kreditlərini əldə etmək daha asan, qaytarmaq isə daha ucuz olacaq.
Dünya Bankının əvvəlki islahatlarına da toxunulan bəyanatda qeyd olunub ki, yeni addımlar əvvəlki islahatlarla birləşdirildikdə 10 il ərzində 150 milyard dollardan çox əlavə maliyyələşməyə imkan yarada bilər.

Paylaş: