Dünya 2024-cü ili qarşılayır
Dünyanın Yeni ili ilk qarşılayan ölkələrindən biri olan Avstraliyada ənənəvi şou axşam saat 21:00-da baş tutub. Sidneyin məşhur Opera Evi və Sidney Körpüsündə tamaşaya baxmaq istəyənlər səhər saatlarından etibarən öz yerlərini tutublar. Avstraliya mətbuatı günün sonuna qədər Sidney Limanı ətrafında 1 milyondan çox insanın toplaşdığını bildirib.
İlk səkkiz dəqiqəlik şou yerli vaxtla saat 21:00-da ailələr üçün keçirilib. Bu, uşaqların atəşfəşanlığı görmək üçün həyata keçirilib. Saat 24:00-a çatanda 12 dəqiqəlik əsas şou Sidney səmasını işıqlandırıb. Şouda 58 min fişəng atılıb.
Asiya qitəsinin şərqində yerləşən Cənubi Koreyada insanlar 2023-cü ilin son gün batımını izləmək üçün Namsan qülləsinə toplaşıblar. Qrup paytaxt Seuldakı göydələnin zirvəsindən günəşin batmasını izləyib və fotolar çəkdirib.
Çin lideri Xi Jinpinq dövlət televiziyasında yayımlanan Yeni il çıxışında ölkə iqtisadiyyatının Covid problemindən çıxdığını söyləyərək gələcək ilə ümid və inamla baxdıqlarını deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...