Dunay çayında suyun səviyyəsi qalxıb
Dunay çayının Macarıstan ərazisindən keçən hissəsində suyun səviyyəsi bu gün ən yüksək həddə çata bilər.
Fhnews.az Macarıstan mediasına istinadla xəbər verir ki, paytaxt Budapeştin meriyası şəhərin Buda və Peşt tərəflərində aşağı sahil ərazisini hər ehtimala qarşı bağlamağa qərar verib.
Təbii fəlakət kritik miqyasda olmasa da, hər halda Macarıstanın Dunay çayının sahilindəki vilayətlərinə təsir edib. Bunun səbəbi son iki həftədə Mərkəzi Avropada müşahidə edilən intensiv yağışlardır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...