Dubaylı qadın velosipedlə 82 gün ərzində 19 ölkəni səyahət etməyi planlaşdırır
Dubayın Britaniya mənşəli qadın sakini, idmançı Pola Ralf velosipeddə bu vaxtadək bir qadın tərəfindən həyata keçirilən ən uzun məsafəli səyahətə yollanacaq. O, 82 gün ərzində 23 min kilometr qət etməklə yeni dünya rekordunu müəyyən etmək niyyətindədir.
Fhnews.az Dubay mediasına istinadla xəbər verir ki, velosipedçi Keyp-Poyntda (Cənubi Afrika) start götürəcək və səyahətini Nordkapda (Norveç) başa vuracaq. Onun mürəkkəb yolu 19 ölkəni əhatə edəcək.
Ralfın sözlərinə görə, o, bu səfəri şəxsi istəyini və digər qadınları onların xəyallarını həyata keçirmək üçün ilhamlandırmaq arzusunu rəhbər tutaraq 4 il ərzində planlaşdırıb. Bunlarla yanaşı, idmançı psixi sağlamlıq haqqında məlumatlılığı artırmaq, məzlum uşaqlar üçün təhsilin vacibliyini vurğulamaq niyyətindədir.
Ralf öz səyahəti barədə sosial şəbəkələrdə bölüşməyi planlaşdırır, izləyicilərini onun nailiyyətlərini müşahidə etməyə, olduğu ölkələrin görməli yerləri ilə tanış olmağa, çətinlikləri adlamaqda ona yardımçı olmağa dəvət edir.
Pola velosiped macəraları ilə yanaşı, uğursuz ailələrdən olan uşaqlar üçün fond yaratmağı da düşünür. Məqsəd onlara öz potensiallarını üzə çıxarmaqda kömək etməkdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...