Dubayda uçan taksi xidməti fəaliyyətə başlayır
Birləşmiş Ərəb Əmirlikləri Dubayın dünyada uçan taksi xidməti göstərəcək ilk şəhər olduğunu açıqladı. Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.
Fhnews.az BƏƏ-nin “WAM” agentliyinə istinadən xəbər verir ki, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin tullantıları sıfırdır. Maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometr olan uçan taksinin Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Downtown, Dubay Marina və Palm Jumeirah yaxınlığında cəmi 4 stansiyası olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...