22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dubayda səhranın ortasında bir vahə: Əl Qudra gölü

11-05-2024
IMG

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Əl Qudra gölü həyata keçirilən abadlıq işləri nəticəsində biomüxtəlifliklə zəngin və köçəri quşların üz tutduğu məkana çevrilib. Təbiətlə bir olmaq üçün Sayh Əl Salam səhrasındakı Əl Mərmum Səhra Qoruğunda yerləşən Əl Qudra gölünə çoxlsayda ziyarətçilər gəlir. Səhranın ortasında yerləşən insan tərəfindən yaradılmış göl yerli sakinlər üçün məşhur həftəsonu qaçış yeridir. O, “Project Green”in bir hissəsi kimi yaradılmışdır və Dubayın altı mühüm şirin su obyektindən biridir. Onun əsas cazibəsi gölün kənarında, yaşıl ağaclarla dolu, yerə kölgə salmaq üçün əkilmiş və yerli əhalinin əylənməsi üçün ideal yer olan geniş ərazidir.

Paylaş: