Dubayda dünyanın ikinci ən hündür binası tikilir
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri göydələnlərinə yenisini əlavə edir. 828 metr hündürlüyündə dünyanın ən hündür göydələni olan “Bürc Xəlifə”yə ev sahibliyi edən şəhər indi ikinci ən hündür bina rekorduna hazırlaşır.
Bu ilin yanvarında təməli qoyulan “Bürc Əzizi”nin tikintisini həyata keçirən şirkət səlahiyyətli orqanlardan razılıq gözlədiyi üçün binanın planlaşdırılan hündürlüyü ilə bağlı indiyədək dəqiq açıqlama verməyib. “Azizi Developments”in qurucusu Mirvais Azizi “CNN International”a verdiyi yazılı açıqlamada binanın hündürlüyünün 725 metr olması ilə bağlı razılığın əldə edildiyini təsdiqləyib.
131 mərtəbədən ibarət olması planlaşdırılan binanın tikintisi mərkəzdə yerləşən Şeyx Zayed küçəsində aparılır. Göstərilən hündürlükdə tamamlanarsa bina hazırda dünyanın ikinci ən hündür binası olan Malayziyada “Merdeka 118”-i əvəz edəcək. “Bürc Əzizi”nin 2028-ci ildə tamamlanması planlaşdırılır və mənzillərin 2025-ci ilin fevralında satışa çıxarılacağı gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...