22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

DSMF: Üç rayonda 26 min 149 ev təsərrüfatı elektronlaşdırılıb

03-09-2024
IMG

“Ev təsərrüfatları kitablarının elektronlaşdırılması” layihəsinə başlanılıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, layihənin ilk mərhələdə Şirvan şəhəri, Şamaxı və Astara rayonlarında həyata keçirilməsi planlaşdırılır. Bu rayonlarda layihə çərçivəsində ümumilikdə 67 min 594 ev təsərrüfatından 26 min 149-u (38,69%-i) elektronlaşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Layihənin həyata keçirilməsində məqsəd əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının genişləndirilməsi, onlar üçün yeni platformaların və elektron kvotanın tətbiqi, ünvanlı dövlət sosial yardımı almaq üçün elektron platformanın yenilənməsi, sadələşdirilməsi və şərtlərin optimallaşdırılması, ailələrin sosial yardım almaq hüququnu müəyyənləşdirmək üçün elektron informasiya sisteminin təkmilləşdirilməsidir. Əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizminin formalaşdırılması və daha sonra sosial yardımın təyin olunması mexanizminin gəlirlərin bəyan olunması mexanizminə uyğunlaşdırılması da qarşıya qoyulmuş məqsədlərdəndir.

Paylaş: