22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

DSMF: Bu ilin altı ayında 53 minə yaxın elektron arayış alınıb

05-07-2024
IMG

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə 52 min 822 elektron arayış alınıb.

Bu barədə Fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həmin arayışların 16 min 140-ı pensiya, 23 min 254-ü müavinət və təqaüd, 7 min 28-i fərdi şəxsi hesab, 1745-i ünvanlı dövlət sosial yardımı, 928-i torpaq pay mülkiyyətçisi, 1028-i sosial sığorta şəhadətnamə nömrəsi, 1096-sı şəhid ailəsi üzvü, 416-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 632-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 509-u əlilliyi olan şəxslərə qulluq, 46-sı Milli qəhrəmanların ailə üzvü ilə bağlı olub.

Paylaş: