DSMF Beynəlxalq Sosial Təminat Asossasiyasının (ISSA) “Vision Zero” transformativ yanaşma konsepsiyasına üzv və dəstəkçi seçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Asossasiyasının (ISSA) “Vision Zero” transformativ yanaşma konsepsiyasına üzv və dəstəkçi seçilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə 2012-ci ildə reallaşdırılan həmin konsepsiya istehsalatda bədbəxt hadisələr, zərər və peşə xəstəlikləri üzrə yeni önləyici strategiya olaraq iş mühitinin hər fazasında təhlükəsizlik, sağlamlıq və rifah kimi təməl aspektləri ehtiva edir.
Beynəlxalq üzvlük sertifikatı müvafiq prosedurlar tamamlandıqdan və beynəlxalq ekspertlər tərəfindən qiymətləndirildikdən sonra DSMF-yə təqdim edilib.
İdarəetmə Komitəsi və ISSA-nın xüsusi komitəsi tərəfindən idarə olunan platformaya hazırda 23 ölkənin 50-dək dövlət və özəl qurumu üzvdür.
Həmin platformaya qoşulmaqla DSMF beynəlxalq fəaliyyətin stimullaşdırılması, əməyin mühafizəsi ilə bağlı qurumdaxili fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və digər üstünlüklər əldə edəcək.
Qeyd edək ki, həmin üzvlük sertifikatı DSMF-nin bu ilin yanvar-iyul ayları ərzində təltif olunduğu sayca 18-ci beynəlxalq mükafatdır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...