22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

DSMF beynəlxalq qurumun ali mükafatına layiq görülüb
 

28-09-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı Malayziyada yerləşən “The MORS Group” beynəlxalq qurumunun təşkil etdiyi “The Asia Corporate Excellence & Sustainability Awards” (“ACES 2024”) beynəlxalq müsabiqəsində iştirak edərək növbəti uğura imza atıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DSMF müsabiqənin “Innovative Tech Companies of the Year 2024” kateqoriyası üzrə “İlin İnnovativ Texnologiya Qurumu 2024” ali mükafatına layiq görülüb.

Müsabiqədə Çin, Yaponiya, Filippin, Malayziya, Koreya, Sinqapur, Tailand və digər Asiya ölkələrini təmsil edən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, eləcə də regional və beynəlxalq maliyyə korporasiyaları olmaqla 700-dək namizəd iştirak edib. 2014-cü ildən etibarən təşkil edilən “ACES” müsabiqəsi hər il beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialını və davamlı innovasiyalarını təşviq etmək məqsədilə keçirilir.

Paylaş: