Dragon kapsul nədir, onun xüsusiyyətləri nələrdir?
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcını və 3 komanda yoldaşını daşıyan Dragon kapsulunun adı son günlərdə tez-tez hallanır. Bu səbəbdən bu kapsul haqqında kiçik bir araşdırma apardıq. SpaceX Dragon və ya Dragon 1 Amerika kosmik nəqliyyat şirkəti SpaceX tərəfindən hazırlanmış, təkrar istifadə edilə bilən yükdaşıyan kosmik gəmidir. 2010-cu ilin dekabrında ilk rəsmi uçuşu zamanı Dragon orbitdən sonra bütöv şəkildə geri qaytarılan ilk kommersiya məqsədli qurulan və idarə olunan kosmik gəmi olub.
25 may 2012-ci ildə Dragon vasitəsinin yalnız yük üçün nəzərdə tutulmuş variantı Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşan ilk kommersiya kosmik gəmisi oldu. Dragon kapsulu təkrar istifadə üçün nəzərdə tutulduğundan, onu bir neçə missiyada işə salmaq olar. Dragon kapsulu 18 Draco itələyicisi ilə təchiz edilmişdir.
SpaceX 2004-cü ilin sonunda Dragon kosmik gəmisini inkişaf etdirməyə başladı. 2006-cı ildə SpaceX Amerikanın federal kosmik agentliyi olan NASA ilə Dragon kosmik gəmisindən Beynəlxalq Kosmik Stansiyaya kommersiya və yük təchizatı nəqliyyat xidmətlərinin bir hissəsi kimi istifadə etmək üçün müqavilə bağladı. Təzyiqli bölgəsində hava axını ilə 7 nəfər və ya bərabər miqdarda yük daşıya bilən Dragon kosmik gəmisi təzyiqsiz arxa hissəsində də yük daşıma qabiliyyətinə malikdir.
Dragon kapsulunun diametri 4 metr, uzunluğu isə 8,1 metrdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...