Dövlət Yanğından Mühafizə Xidmətində kurs keçirilib (foto)
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin peşəkar psixoloqları tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətində mənəvi-psixoloji hazırlıq tədbirləri çərçivəsində psixoloji dözümlülüyün artırılması, yanğınsöndürənlərin fövqəladə hadisələrlə mübarizə zamanı mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və psixoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə kurs keçirilib.
İki gün davam edən kursda Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri üzrə yanğından mühafizə hissə və bölmələrindən ümumilikdə 135 əməkdaş dinləyici qismində iştirak edib.
Kursda Tibb Xidmətinin ixtisaslaşmış psixoloqları tərəfindən “Fövqəladə hadisələr zamanı ilkin psixoloji yardımın göstərilməsi. Kəskin stress reaksiyaları”, “Fövqəladə hallar zamanı kütlə davranışının psixoloji xüsusiyyətləri və neqativ kütlə reaksiyaları”, “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması”, “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları” və “Təşviş pozuntuları zamanı psixoloji yardımın xüsusiyyətləri” mövzularında çıxışlar edilib.
Tədbir zamanı kurs iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...