Dövlət Xidmətinə 9 ayda istehlakçılardan 6 minə yaxın müraciət daxil olub
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçıhüquqlarının müdafiəsi və istehlakbazarına nəzarət sahəsində 5 597 müraciət daxil olub.
Fhnews.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, müraciətlərin 2 868-i qeyri-qida, 2 291-i xidmət, 275-i qida, 99-u dərman vasitələri və tibbi avadanlıqlar, 64-ü digər məsələlərlə bağlı olub.
"İstehlakçıların hüquqlarının etibarlı müdafiəsini təmin etmək istiqamətində tədbirlər davam etdirilir", - deyə qurum bəyan edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...