22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

29-06-2024
IMG

Cari ilin may ayı ərzində ümumilikdə vergi orqanlarına 32 min 285 müraciət daxil olub ki, bunun da 95,9 faizi ərizə, 4 faizi şikayət, 0,1 faizi təklif olub.

Fhnews.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, daxil olmuş müraciətlərdən 57,3 faizinin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 42,7 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 74,8 faizi həll olunub, 23,8 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanuna müvafiq qərarlar qəbul edilib.

Ay ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz azalaraq 1007 olub. Həll edilmiş şikayətlərin 68 faizi kameral vergi yoxlaması, 6,4 faizi vergi borcu, 5,6 faizi şəxsi hesab vərəqələri, 4 faizi vergiödəyicisinin qeydiyyatı, 3,2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi maliyyə sanksiyasının silinməsi, 1,6 faizi operativ vergi nəzarəti tədbirləri, 9,6 faizi isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 53, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.

Paylaş: