Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat aparılır
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 3-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahan vermək istəyən namizədlərin Mərkəzin portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul üzrə test imtahanı
İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin noyabr ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat oktyabrın 25-nə qədər (saat 10:00-dək) aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 205 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə noyabrın 3-də saat 11:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında BB qrupu üzrə 21 oktyabr saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə 25 oktyabr saat 10:00-dək həyata keçiriləcək.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...