Dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb
Dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) oktyabrın 6-da keçirdiyi test imtahanında uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, sertifikat əldə etmək barədə müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər [email protected] ünvanına şəxsiyyəti təsdiqləyən sənədin surətini əlavə etməklə müraciət göndərməlidirlər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...