Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
Avqustun 7-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən olunub. Elan üzrə 36 dövlət orqanında mövcud olan 70 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 100 namizədlə 107 müsahibənin keçirilməsi planlaşdırılır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Ən yüksək müsahibə sayı Dövlət Statistika Komitəsi, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi, Statistik vahidlərin reyestrləri və inzibati məlumat mənbələri ilə iş, aparıcı məsləhətçi (1 vakant yer üzrə 19 nəfər) və Maliyyə Nazirliyi, Fövqəladə halların və qəzaların nəticələrinin aradan qaldırılmasına və infrastrukturun təkmilləşdirilməsinə dövlət dəstəyi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 14 nəfər) vəzifəsi üzrə yaranıb.
Müsahibələrin sentyabrın 3-dən 23-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...