Dövlət Məşğulluq Agentliyi son bir ayda daha 1200-dən çox şəxsi peşə hazırlığına cəlb edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda 1239 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 738 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində və Naxçıvan Muxtar Respublikasında, 501 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının yekununda kursu uğurla başa vuranların işlə təminatına da dəstək göstərilir.
Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...