22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dövlət Komitəsinin sədri G20 Dinlərarası Forumunda iştirak edəcək

19-08-2024
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 19-22-də Braziliya Federativ Respublikasında keçiriləcək G20 Dinlərarası Forumunda (IF20) iştirak edəcək.

Fhnews.az xəbər verir ki, dini sahədə qlobal məsələlərin müzakirə olunduğu Forumun gündəliyinə dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, qlobal idarəetmə islahatları, münaqişələrin həlli, qlobal iqtisadi məsələlər, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı mövzular daxildir.

Tədbirdə ümumilikdə 300-ə yaxın qonağın iştirakı gözlənilir. 2014-cü ildən etibarən hər il keçirilən G20 Dinlərarası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutları şəbəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir.

Paylaş: