Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 5-ci nömrəsini və “Keçid balları – 2023 (tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)” xüsusi buraxılışını nəşr edib
Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, “Abituriyent” jurnalının 5-ci nömrəsində 2024/2025-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar dərc edilib.
“Keçid balları – 2023 (tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssiləri üzrə)” xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2023-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə və orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...