Dövlət Departamenti Yunanıstana F-35 təyyarələri və digər sistemlərin satışını təsdiqləyib
Dövlət Departamenti Yunanıstana 8,6 milyard dollar dəyərində F-35 qırıcı təyyarələrinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Fhnews.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Söhbət 40-a qədər qırıcı, 42 ədəd mühərrik, istiqamətləndirici sistemlər, ehtiyat hissələri və digər avadanlıqların alınmasından gedir. Pentaqon bildirib ki, bu texnikanın tədarükü ABŞ-ın döyüş hazırlığına zərər gətirməyəcək və regionda “əsas hərbi balansı dəyişməyəcək”.
Əsas podratçılar “Lockheed Martin” və “Pratt & Whitney” olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...