22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dördüncü ixtisas qrupu üzrə 984 abituriyent 500-dən 600-dək bal toplayıb

14-08-2024
IMG

Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 984 abituriyent 500-dən 600-dək bal toplayıb.

Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanın nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 3781, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 4752 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

Xatırladaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul dövlət sifarişi əsasında aparılır.

Paylaş: