DOST RİM Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (RIM) Böyük Britaniyada yerləşən "Corporate Vision" təşkilatının keçirdiyi "Korporativ Mükəmməllik" müsabiqəsində "Sosial müdafiə sahəsində texnologiyaların inteqrasiyası üzrə ən qabaqcıl qurum, 2024" adına layiq görülüb.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsabiqədə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada, Polşa, Almaniya, Tailand və digər ölkələrin müvafiq təşkilatları da iştirak edib.
Təşkilatın rəsmi saytında DOST RİM haqqında məqalə də dərc olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...