DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqənin mükafatına layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-da keçirilən “2024 Stevie®️ Awards for Technology Excellence” müsabiqəsində növbəti uğura imza atıb.
Nazirlikdən verilən məlumata görə, mərkəzin sosial sahədə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində gördüyü işlər və əldə etdiyi nailiyyətlər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Beləliklə, DOST RİM 20-dən çox ölkədən 600-dən artıq layihənin təqdim edildiyi müsabiqədə “Dövlət Texnologiyaları” kateqoriyası üzrə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb və müsabiqənin saytındakı qaliblər siyahısında yer alıb (https://stevies-tech.secure-platform.com/site/page/the-awards/2024-stevie-winners)
Qeyd edək ki, “Stevie®️ Awards” müsabiqəsi 2002-ci ildə təsis edilib və texnologiya sahəsində yüksək standartları, mükəmməlliyi təşviq etmək və texnologiyanın gələcəyini formalaşdıran fərdləri, komandaları və qurumları üzə çıxararaq beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...