DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-da keçirilən “19-cu illik beynəlxalq 2024 Globee® texnologiya müsabiqəsi”ndə uğur qazanıb.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mərkəzin 2023-cü il ərzində olan fəaliyyəti və qazandığı uğurlar barədə təqdim etdiyi iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
DOST RİM sosial sahənin uğurla rəqəmsallaşdırılması ilə əlaqədar “Gümüş Globee® Qalibi” mükafatına layiq görülüb.
Müsabiqəyə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrin 1700-dən çox layihəsi təqdim olunub.
Mərkəzin adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblərin siyahısında yer alıb.
Bununla da bu ilin ötən dövrü ərzində DOST RİM-in əldə etdiyi beynəlxalq mükafatların sayı 13-ə çatıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...