DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatı 2024” (Human Capital Management Excellence Awards 2024) beynəlxalq müsabiqəsinin qalibi olub.
Agentlikdən verilən məlumata görə, DOST Agentliyi “Ən yaxşı sosial təsir” kateqoriyasında İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatına layiq görülüb.
“Brandon Hall Group” tərəfindən təşkil olunan müsabiqəyə sosial müdafiə, məşğulluq, əlillik, əmək münasibətləri sahələrində DOST xidmətlərinin göstərilməsində, bu sahədə innovativ təşəbbüslərin reallaşdırılması və vətəndaş məmnunluğunun artırılmasında, eləcə də bərabərliyin və inklüzivliyin təmin olunmasında “Könüllü DOST” proqramının təcrübəsi təqdim olunub.
ABŞ-da yerləşən və 30 ildir fəaliyyət göstərən “Brandon Hall Group” insan kapitalının idarə edilməsi üzrə təhlil və araşdırmalar aparan, sertifikatlar və qabaqcıl təcrübələrə görə mükəmməllik mükafatlari təqdim edən və peşəkar inkişafı dəstəkləyən, bu sahədə qabaqcıl təcrübələri təbliğ edən təşkilatdır.
Mükafatın təqdimetmə mərasimi 2025-ci ilin yanvar ayında ABŞ-ın Florida ştatının Uest Palm Biç şəhərində keçiriləcək. “HCM Mükəmməllik Konfransı 2025”in qala tədbirində ekspert və idarəçilər, media nümayəndələri, müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak edəcəklər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...