Dohada BMT-nin "Əfqanıstan" mövzusunda iclası keçiriləcək
30 iyun-1 iyul tarixlərində Qətərin paytaxtı Dohada Birləşmiş Millətlər Təşkilatının “Əfqanıstan” mövzusunda 3-cü iclası keçiriləcək.
BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bu barədə açıqlama verib.İclasa BMT baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rosemary DiCarlo sədrlik edəcəyini bildirən Dujarrik əlavə edib ki, iclasda Əfqanıstanla bağlı beynəlxalq əlaqənin necə daha koordinasiyalı və ahəngdar hala gətiriləcəyi müzakirə ediləcək.
Dujarrik son iki görüşün 2023-cü ilin may və 2024-cü ilin fevral aylarında keçirildiyini xatırladaraq iclasda ölkələrin xüsusi nümayəndələri və Əfqanıstan rəsmilərinin də iştirak edəcəyini bildirib.
Məqsəd Əfqanıstanın sülh şəraitində, qonşuları və beynəlxalq ictimaiyyətlə inteqrasiyasını təmin etmək və insan haqları da daxil olmaqla beynəlxalq öhdəliklərini yerinə yetirməkdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...