Diş sağlamlığı üçün şəkərli qidalardan uzaq durmaq kifayətdirmi?
Tədqiqatlar göstərir ki, diş əti sağlamlığı ürək xəstəliyindən şəkərli diabetə, həmçinin Alzheimerə qədər bir çox xəstəliklə bağlıdır. Ağız sağlamlığını qoruyan qidalar dişlərə zərər verən qidalar qədər vacibdir.
Fhnews.az BBC-yə istinadla xəbər verir ki, dietoloq Anna Qrum diş sağlamlığı üçün C və D vitaminlərinin, kalsium və fosforun əhəmiyyətinə diqqət yönəldib: “C vitamini kollagenin sintezində və dolayısı ilə sağlam toxumaların qorunmasında rol oynayır. Lakin C vitamini çatışmazlığı diş ətinin qanamasına gətirib çıxarır. D vitamini bədəndə kifayət qədər kalsium saxlamağa kömək edərək dişləri qoruyur. Fosfor da kalsiumla birlikdə işləyir. C vitamini çatışmazlığı az rastlanan haldır, lakin pomidor, bibər, brokoli və hətta kartofda bu vitamin bol olur. D vitamini yağlı balıq, yumurta və ət məhsullarında da mövcuddur”.
Britaniya Milli Sağlamlıq Xidmətlərinin mütəxəssisləri, xüsusilə payız və qış aylarında əlavə olaraq D vitamini qəbul etməyi məsləhət görürlər. Süd məhsulları, brokoli, portağal və s. kalsium mənbələri arasında yer alır. Fosfor ət, yumurta, fındıq, süd məhsulları və tam taxıllı qidalarda boldur. Aprel ayında aparılan kiçik bir tədqiqat pəhrizin diş sağlamlığına təsirini araşdırıb. Daha az ət və emal olunmuş karbohidrat istehlak edərək omeqa-3, yağ turşuları, antioksidantlar, bitki nitratları, liflər, C və D vitaminləri ilə zəngin pəhriz saxlayanlarda diş əti iltihabının və qanaxmanın azaldığı müşahidə edilib. Lakin bu, 30 nəfərdən ibarət kiçik qrup üzrə sınaq idi və qəti nəticələr üçün daha çox araşdırmaya ehtiyac var.
Qazlı içkilər və şəkərli qidalar dişlərin ən böyük düşmənidir. Ancaq ağız sağlamlığına zərər verən başqa qidalar da var - limonlu qaynar su diş minasını aşındırır; Qurudulmuş meyvələr dişlərə yapışır və onları təmizləmək çətindir; Çipslər dişlərə yapışır; Bəzi meyvə çaylarında şəkərin miqdarı çox yüksək ola bilər; Qazlı suyu yeməklə birlikdə qəbul etmək tövsiyə olunur; Meyvə qəlyanaltıları dişlərə yapışır; Fermentasiya edilmiş qidalar turşu xüsusiyyətlərinə görə aşındırıcıdır. Bütün bunları yemək vaxtları xaricində istehlak etsək, ağzımızı yaxalamaqla zərəri azalda bilərik.
Şəkərsiz saqqız çeynəmək və ya bir tikə pendir də faydalı ola bilər. Qəlyanaltılarla diqqətli olmaq vacibdir. Hər dəfə şəkərli və ya nişastalı qidalar qəbul etdikdə ağzımızın pH səviyyəsi azalır. Çünki şəkərlə qidalanan bakteriyalar turşu ifraz edir. Əgər hər yarım saatdan bir qəlyanaltı yeyiriksə, bu o deməkdir ki, ağzımız turşu mühitdə boşluq riski artır.
Britaniya Diş Həkimləri Assosiasiyasının professoru Damien Valmsley xəbərdarlıq edir: “Əgər daim qəlyanaltı ediriksə, dişlərimizdə tez bir zamanda çürüklər əmələ gətirəcək. Təəssüf ki, meyvələr də eyni təsirə malikdir. Mütəxəssislər gün ərzində təbii şəkəri yüksək olan meyvələrin yeyilməsinin də karies riskini artırdığını söyləyirlər. Qəlyanaltıların sayını gündə iki və ya üç ilə məhdudlaşdırmağı, yemək vaxtı şəkərli və ya turşulu içkilər qəbul etmək tövsiyə olunur. Yemək zamanı qidanı çeynəmək tüpürcək ifrazatını artırır. Bu da zərərli turşuları və qida hissəciklərini çıxarır, turşunun neytrallaşmasına kömək edir, dişləri çürümədən qoruyur. Mütəxəssislər xatırladırlar ki, düzgün qidalanma ilə yanaşı, müntəzəm diş fırçalama, diş sapları və dişlərin təmizlənməsi vacibdir”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...