Dinozavrları məhv edən asteroidin Yupiterdən kənardan gəldiyi məlum olub
Alimlər 66 milyon il əvvəl qəzaya uğrayan və uça bilməyən dinozavrlar da daxil olmaqla, Yer kürəsindəki canlıların 75 faizini məhv edən "Chicxulub" adlı asteroidin Yupiterin orbitindən kənarda əmələ gəldiyini və tərkibində karbon olan nadir növ olduğunu müəyyən ediblər. “Science” jurnalının internet saytında yer alan xəbərə görə, "Chicxulub asteroid"in əmələ gətirdiyi yer təbəqəsini araşdıran elm adamları, sözügedən asteroidin C tipi adlı nadir karbonlu xondrit tipli asteroid olduğunu aşkar ediblər. Tapıntılar dinozavrların yox olmasına səbəb olan “Chicxulub” asteroidinin Günəş sisteminin formalaşmasının ilkin mərhələlərində Yupiterin orbitindən kənarda peyda olan çox nadir karbonlu xondrit asteroidi olduğunu üzə çıxarıb.
Bildirilib ki, tədqiqat 2016-cı ildə Meksikanın Yukatan yarımadasındakı Çikxulub kəndi yaxınlığında dəniz dibinin altındakı zərbə kraterində aparılan tədqiqatlarla uyğun gəlir.Tədqiqatın aparıcı müəllifi Köln Universitetindən kosmokimyaçı Mario Fişer-Gödde bildirib ki, rutenium Yer kürəsində nadir elementlərdən biridir, lakin digər tərəfdən Günəş sistemindəki göy cisimlərində 100 dəfə çoxdur.
K-Pg sərhədi də adlandırılan Təbaşir-Paleogen yox olma dövründə əmələ gələn yer təbəqələrindən götürülmüş 5 nümunəni tədqiq edən Fişer-Göddenin rəhbərlik etdiyi qrup ruteniumun 7 sabit izotopunun nisbətinin bütün nümunələrdə eyni olduğunu aşkar edib. Qrup məlum karbonlu meteoritlərdə ölçülən dəyərlərə uyğun gələn tapıntının sözügedən təbəqənin "Chicxulub asteroidindən" qaynaqlandığını göstərir.
Digər tərəfdən, tədqiqat qrupu 36 milyon ilə 470 milyon il əvvələ aid olan digər beş zərbə kraterindəki rutenium nisbətlərinin K-Pg sərhədindəkilərdən fərqli olduğunu və silisli dəyərlərinə uyğun olduğunu müəyyən edib.
Qeyd olunur ki, planetlərin cazibə qüvvələri hazırda Mars və Yupiter arasındakı asteroid qurşağının xarici bölgələrində olan sözügedən asteroidləri Günəş sisteminin daxili bölgələrinə, böyüklüyünə yaxın asteroidləri istiqamətləndirir. “Chicxulub asteroidi” Yerin orbiti ilə bir neçə yüz milyon ildən bir kəsişəcək orbitlərə atıla bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...